CƏMİYYƏT
Gəncədə avtobusun vurduğu piyada ölüb
Bakı, 17 fevral, AZƏRTAC
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Nizami küçəsində yolu keçən şəhər sakini Eldar Abbasov Samux rayon sakini Əhməd Mustafayevun idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində Gəncə şəhər sakini Cəlal Mustafayev idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.