Gəncədə təbii fəlakətin nəticələri aradan qaldırılır
Bakı, 11 iyun (AZƏRTAC). Xəbər verildiyi kimi, iyunun 10-da gecə saat 22 radələrində Gəncə şəhərində güclü leysan yağışla müşayiət olunan qasırğa baş vermişdir.
AZƏRTAC xəbər verir ki, təbii fəlakətdən dərhal sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərin qarşısına çıxmış və şəhərdə yaşananlarla bağlı məlumatları onlara çatdırmışdır.
Elmar Vəliyev demişdir: “Böyük bir təbii fəlakətdir. Amma bütün bunlara baxmayaraq, deyə bilərəm ki, hadisələr tam nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər”.
E. Vəliyev onu da qeyd etmişdir ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurmuşdur. Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar vardır. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində ciddi problemlər yaranmışdır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]