Gəncədəki Heydər Əliyev park kompleksinə Qafqaz dələləri gətirilmişdir
Gəncə, 10 iyun (AZƏRTAC). Zəngin bitki aləmi ilə insanları özünə cəlb edən Gəncədəki Heydər Əliyev park kompleksinə 20 ədəd Qafqaz dələsi gətirilərək burada yaradılan canlı guşəyə buraxılmışdır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a demişlər ki, dələlərin qidalanması və nəsil artırması üçün parkda hər bir şərait yaradılmışdır. Park kompleksinə marağı artırmaq məqsədilə yaxın vaxtlarda onların sayının 50-yə çatdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, parkda 7 hektar ərazini əhatə edən süni gölün ətrafında heyvanat guşəsinin yaradılması da qərara alınmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə layihəsi olan bu tədbir yaxın vaxtlarda reallaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]