GƏNCƏNİN QAZ PROBLEMİ HƏLL EDİLMİŞDİR
Gəncədə qaz xəttinin birtərəfli olması mənzillərə eyni miqdarda mavi yanacaq verilməsində çətinliklər yaradırdı.
Şəhər qaz istehsalat idarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu günlərdə yeni qaz-paylayıcı stansiyanın istifadəyə verilməsi həmin problemi həll etmişdir. Gəncənin 3 kilometrliyində quraşdırılmış stansiya şəhərin dairəvi qaz təminatını qaydaya salmışdır. Artıq Gəncənin bütün ərazisində qazın təzyiqi eyni miqdardadır ki, bu da sakinlərin razılığına səbəb olmuşdur.