Gənclər “33 il şəhid qismində” adlı paneldə bir araya gəliblər
Bakı, 26 fevral, AZƏRTAC
Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinin anılması məqsədilə “33 il şəhid qismində” adlı panel görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Panel görüşdə faciəvi hadisələrin şahidi olan və yaxınlarını itirən şəxslər o acı günlərdə yaşanılanlardan, mənfur düşmənin əməllərindən, qəhrəmanlarımızın şərəfli döyüş yolundan, onların misilsiz fədakarlıqlarından danışıblar.