Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır
Lənkəran, 6 noyabr (AZƏRTAC). Lənkəran şəhərindəki Gənclər Mərkəzində “Gənclər evi-gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Avropa Birliyinin və UNİCEF-in Azərbaycan nümayəndəliklərinin, Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər evlərinin potensialını gücləndirmək, idarəetmədə və qərar qəbulu proseslərində gənclərin rolunun effektiv artırılması haqqında fikir mübadiləsi aparmaq olmuşdur.
Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarının gənclərinin, Lənkəran Rayon İcra Hakimiyyətinin təmsilçilərinin iştirak etdiyi tədbirdə gənclərlə bir sıra görüşlər keçirilmiş, regionun gələcək inkişafı ilə bağlı onların təklifləri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]