GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirlik Respublika Gənclər günü ilə əlaqədar tədbirlər hazırlamışdır. Fevralın 2-də səhər nazirliyin əməkdaşları, müxtəlif gənclər təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını və ümummilli liderimiz Prezident Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edəcəklər. Sonra Milli Olimpiya Komitəsində mədəniyyət, elm və idman sahələrində gənclər üçün illik mükafatların təqdim edilməsi mərasimi, Beynəlxalq Mətbuat Mərkəzində isə gənclərimizin qarşısında duran aktual məsələlərə həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir. Elə həmin gün Bakıda Tbilisi prospektində velomotoyürüş olacaqdır.
Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərinin sərgisi açılacaqdır. Axşam “Həyat Recensi-Naxçıvan” mehmanxanasında “Azərbaycan gəncləri ölkəmizin gələcəyidir” ensiklopediyasının təqdimat mərasimi olacaqdır.
Bundan əlavə, hərbi hissələrdə konsertlər təşkil ediləcək, gənc zəkalıların yarışı keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]