GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ ZONA YARIŞLARINA YEKUN VURULMUŞDUR
Mingəçevirdə Gəncləri günü münasibətilə keçirilən cüdo və sərbəst güləş üzrə zona yarışlarına yekun vurulmuşdur. İlk yerləri tutan Ağdam, Bərdə, Yevlax, Sumqayıt və Mingəçevir idmançılarına fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilmişdir.
AZƏRTAC-ın müxbirinə bildirilmişdir ki, həmçinin gənclərin ümumşəhər toplantısı keçirilmiş respublika gənclərinin 2-ci forumunun qərarlarının yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Toplantıda çıxış edən natiqlər ölkə gənclərinin siyasi lideri İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsini Azərbaycanın böyük uğuru, işıqlı gələcəyinin təntənəsi kimi qiymətləndirmişlər. Mingəçevir gəncləri İlham Əliyevə təbrik məktubu göndərmişlər.
“Nərminə” şadlıq sarayında gənclərin musiqili-əyləncəli gecəsi keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]