İQTİSADİYYAT
GƏNCLƏRİN STRASBURQDA GÖRÜŞÜ
Avropanın inkişaf etməkdə olan ölkələrinin və münaqişə regionlarından olan gənclərin demokratiya, insan hüquqlarının müdafiəsi, mətbuat azadlığı, münaqişələrin həlli sahəsində biliklərini genişləndirmək məqsədi ilə Avropa Şurası Parlament Assambleyasının təşəbbüsü ilə Demokratik Liderlik Proqramı yaradılmışdır. AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, bu qurum dekabrın 11-16-da Strasburqda Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin görüşünü keçirmişdir. Ölkəmizi təmsil etmiş gənclərdən Ayla Abbasova, İsmayıl Əbdüləzimov və Tural Kərimli respublikamızda aparılan demokratik islahatlardan, söz azadlığının, insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmış, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətini açıqlamış, çadır şəhərciklərdə məskunlaşmış qaçqın və məcburi köçkün gənclərin ağır şəraitindən söhbət açmışlar, onların hüquqlarının pozulduğunu bildirmişlər.
Gənc soydaşlarımızın çıxışları erməni gənclərində narazılıq doğurmuş, lakin seminarın digər iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris