Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclik xalqın yaşaması, inkişafı üçün təməl daşıdır

Bakı, 30 yanvar (AZƏRTAC). Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olmuşlar. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən gənclərin himayədarı olmuş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu öndərimiz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi elan etmişdir. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1995-ci ildə isə ulu öndər Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ümummilli liderimiz 1996-cı il fevralın 2-də keçirilmiş müstəqil Azərbaycan gənclərinin ilk forumunda şəxsən iştirak etmişdir.

Ulu öndər Heydər Əliyev forumun ildönümü münasibətilə 1997-ci il fevralın 1-də “2 fevral - Azərbaycan Gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda qeyd olunmuşdur. 1998-ci il fevral 2-də ulu öndər Heydər Əliyev Azərbaycan Gəncləri Gününün birinci ildönümü münasibətilə keçirilən tədbirdə gənc nəslə müraciətlə bildirmişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalamışdır. Bu Fərman əsasında geniş tədbirlər planı həyata keçirilməyə başlanmışdır. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapmışdır. Bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində dövlət gənclər siyasətinin normativ hüquqi bazası formalaşmışdır.

Ümummilli lider Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi.

Ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu gün gənclər siyasətinə eyni diqqətlə yanaşır.

Prezidentimiz gənclərin ölkənin ictimai, iqtisadi, siyasi həyatına cəlb olunmasına xüsusi önəm verir. Məhz dövlət başçısının diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri həm dövlət strukturlarında, həm ictimai sektorda, həm də elmi-pedaqoji sahələrdə fəal iştirak edirlər.

Son illər gənclərlə bağlı məqsədli dövlət proqramlarının həyata keçirilməsi bu sahədə müsbət irəliləyişlərə təkan vermişdir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” böyük əhəmiyyət daşıyır. Proqramın həyata keçirilməsi gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına geniş imkanlar yaradır. Dövlət Proqramının beynəlxalq səviyyədə formalaşan Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası baxımından da əhəmiyyəti böyükdür. Bu gün xarici ölkələrdə təhsil alan gənclərimiz bir neçə ildən sonra respublikamızın həyatının müxtəlif sahələrində çalışacaq və dövlətimizin artan qüdrətinə, yüksələn nüfuzuna öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevrilmişlər.

Gənclərimiz, həmçinin məskunlaşdıqları ölkələrdə, diaspor təşkilatlarında da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışırlar. Dövlətimizin başçısı 2007-ci ildə “Gənclər İli” çərçivəsində Azərbaycanda gənclərin rolunun bir daha artırılması və önə çıxması üçün ciddi addımlar atmışdır. Bu baxımdan “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanlarının əhəmiyyəti böyükdür.

2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bir daha göstərir ki, adı gəncliklə qoşa çəkilən idman siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında gənc idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara böyük inam və əzmlə qatılmasına təkan verir.

 Azərbaycan Prezidentinin idmana göstərdiyi qayğıdan ruhlanan gənc idmançılarımız beynəlxalq yarışlarda və turnirlərdə müvəffəqiyyətlə çıxış edir, Vətənimizin idman şərəfini uca tuturlar. Dövlət qayğısı sayəsində idmançılarımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, onların dünya arenasında qazandıqları qələbələr idmanın ölkəmizdə uğurlu inkişafından xəbər verir. Məhz bu şəraitin nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında qızıl medallara sahib olurlar. Bu gün Azərbaycan bayrağı dünyanın əksər ölkələrində və əksər idman növləri üzrə keçirilən yarışlarda ən yüksək zirvələrdə dalğalanır. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını təmin edir, həm də bu inkişafın sistematikliyini özündə ehtiva edir.

2011-ci ildə idmançılarımız mühüm nailiyyətlər əldə etmiş və beynəlxalq yarışlarda Olimpiya idman növləri üzrə 705 medal qazanmışlar. Onların 270-i qızıl, 193-ü gümüş, 242-si bürüncdür. Bu mükafatlar ölkəmizdə gənclərin idmana marağının bariz nümunəsidir. İndiyədək idmançılarımız cari ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına 13 idman növü üzrə 29 lisenziya əldə etmişlər. Eyni zamanda, Azərbaycan paralimpiyaçıları da indiyədək London Paralimpiya Oyunlarına 18 lisenziya qazanmışlar.

Gənclər özləri də etiraf edirlər ki, uğurların qazanılmasına əsas səbəb idmançılar üçün yaradılmış əlverişli şəraitdir. İndi ölkəmizdə istedadı olan, məşqlərdə yorulmadan çalışan hər bir gəncə, necə deyərlər, bu sahədə uğur qazanmaq üçün yaşıl işıq yandırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın fəaliyyəti isə Azərbaycan gəncliyinin parlaq bir nümunəsi kimi yetişməkdə olan yeni nəsil üçün əsl örnəkdir. O, RAGT-nin xətti ilə böyük işlər həyata keçirir, Ermənistanın işğalına məruz qalmış, torpaqlarının 20 faizini itirmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın haqq səsinin təkcə Rusiyaya deyil, bütün dünyaya yayılmasında mühüm xidmətlər göstərir. Azərbaycan gəncləri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının öz bəhrəsini verəcəyinə və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına bütün varlığı ilə inanırlar.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan, eyni zamanda, iqtisadiyyatı sürətlə inkişaf edən demokratik ölkə kimi tanınır. Uğurlu siyasətin nəticəsi olaraq ötən hər gün respublikamızın həyatında mühüm hadisələrlə yadda qalır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsi iqtisadi inkişafa əsaslanan siyasətimizin və mədəniyyətimizin intibahıdır. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, üçrəngli bayrağımızın dünyanın nüfuzlu təşkilatlarının qarşısında dalğalanması artan iqtisadi və siyasi mövqenin təsdiqidir.

Son illərdə aparılan kadr islahatları zamanı müxtəlif sahələrdə, xüsusən gənclərlə iş sahəsində kifayət qədər təcrübəyə malik bacarıqlı gənc kadrların dövlət idarəetmə orqanlarında, icra hakimiyyəti strukturlarında rəhbər vəzifələrə təyin edilməsi Azərbaycan Prezidentinin gənclərə böyük etimadından xəbər verir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Dövlətimizin başçısı tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayır, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğruldurlar.

Xəyalə Dadaşova

AZƏRTAC -ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb