Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri gənc geoloqların çöl-tədqiqat işlərinə rəhbərlik edəcəklər
Bakı, 15 aprel, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunun Paleofloristika sektorunun və Geotektonika və regional geologiya şöbəsinin rəhbərləri AMEA-nın müxbir üzvü Tələt Kəngərli və yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə birgə geoloji çöl-tədqiqat işlərində iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Geologiya və Geofizika İnstitutundan məlumat verilib. Bildirilib ki, çöl-ekspedisiya işləri Bakı-Samaxı-Çuxuryurd-Dəmirçi-Lahıç-Brovdal-Namazgah-Gəndov-Buynuz-Qalacıq-Vəndam-Bakı marşrutu üzərində yerləşən eosen-təbaşir yaşlı kəsilişlərin və Qızməryəm palçıq vulkanı üzərində aparılıb.
Gələcəyin geoloqlarının ekspedisiya işlərinə qatılaraq təcrübə qazana biləcəkləri nəzərə alınaraq UFAZ-ın tələbələrinin də bu marşrut, həmçinin Kiçik Qafqaz marşrutu üzrə geofizika və struktur geologiya çöl-tədqiqat işlərində iştirakı Geologiya və Geofizika İnstitutu ilə razılaşdırılıb. Belə ki, payızın ilk günlərində UFAZ-ın iyirmi dörd tələbə və magistrinin institut mütəxəssislərinin rəhbərliyi altında çöl-tədqiqat işləri aparacağı planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]