Georgi Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
Bakı, 2 mart, AZƏRTAC
Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı “Səhnə güzgüsü” kitabı (ADTM) nəşr olunub.
Azərbaycan Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]