Gicitkəndən istifadə zamanı orqanizm xərçəngəleyhinə K vitamini əldə edir
Bakı, 3 iyul, AZƏRTAC
100 qram gicitkənin tərkibində 500 mikroqramadək K vitamini var. Bu, sağlamlıq üçün vacib elementdir. K vitamini qanın laxtalanması prosesində iştirak edir, sümüklərin möhkəmlənməsinə, ateroskleroz və diabetə qarşı mübarizəyə kömək edir, xərçəngin inkişaf riskini azaltmağa qadirdir.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu barədə qastroenteroloq Sergey Vyalov məlumat verib.
Həkimin sözlərinə görə, K vitaminini gündə 100 mikroqramı keçməmək şərtilə lazımi miqdarda qəbul etmək vacibdir. Onun böyük miqdarda qəbulu trombozun yaranmasına səbəb ola bilər.
K vitamini ilə yanaşı, gicitkən orqanizmi dəmir, kalsium, maqneziumla təmin edir. Bu bitki damarlara və ürəyə öz təsirini göstərərək onların xəstələnmə ehtimalını azaldır. Bundan başqa, immunitetin dəstəklənməsi və orqanizmdə iltihaba qarşı mübarizədə də gicitkən yemək faydalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]