Gömrük Komitəsi veb-tranzit plarforma yaradır
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi tranzit keçidlə bağlı yeni layihə hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda keçirilən müzakirədə deyib.
“Orta Dəhlizin inkişaf etdirilməsi, Azərbaycanın tranzit haba çevrilməsi ilə bağlı ölkənin tutduğu strategiyadan irəli gələrək veb-tranzit adlı platforma yaratmağı düşünürük. Yeni platforma nəticəsində tranzit yüklər gömrük buraxılış məntəqələrinə çatmamış mallar barədə məlumatlar sistemə ötürüləcək, yüklərin elektronlaşdırılmış risklə təhlili aparılacaq. Bu, nəqliyyatın yubanmadan sürətli keçidinə imkan verən, buraxılış məntəqələrində sıxlığın yaranmamasına xidmət edən bir layihədir”, - deyə Əsgər Məmmədov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]