“Google” Hindistana 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır
Bakı, 13 iyul, AZƏRTAC
“Alphabet Inc”ə məxsus “Google” şirkəti qarşıdakı 5-7 il ərzində Hindistana mərhələlərlə 10 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, planlaşdırılan sərmayə “Google”ın proqram təminatı və tətbiq artımına yönəlmiş “rəqəmsallaşdırma fondu” vasitəsilə ediləcək.
“Alphabet Inc”in baş direktoru Sundar Piçai investisiyaları fərqli yollarla kapital qoyuluşları, əməkdaşlıq, əməliyyatlar, infrastruktur və ekoloji investisiyalar, eləcə də digər formalarda edəcəklərini bildirib.
Xatırladaq ki, Hindistan əsilli S.Piçai 2004-cü ildə “Google”a qoşulub və “Chrome” brauzerlərinin qurulması prosesində iştirak edib. Ötən il “Alphabet”in keçmiş baş direktoru və həmtəsisçisi Lari Peydən baş direktor vəzifəsini təhvil alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]