GORANBOYDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏNİN AÇILIŞI OLMUŞDUR
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, kənd ağsaqqalı Süleyman Əkbərov, rayon ziyalısı Yeganə Namazova və başqaları çıxış edərək, tariximizin ağrılı, həm də şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin dəhşətlərini bir daha yada saldılar, imperiya qoşunlarının qarşısına əliyalın çıxan qəhrəman oğul və qızlarımızın şücaətindən danışdılar. Onlar görkəmli dövlət xadimi Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu faciəyə öz münasibətini bildirməsini və yenidən respublikada hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisəsinə tam siyasi qiymət verilməsini yüksək qiymətləndirdilər.
Məktəblilərin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyadan sonra abidənin açılışını bildirən lent kəsildi. Abidənin önünə əklillər və tər çiçək dəstələri qoyuldu.