GORANBOYDA GİPS ZAVODU GƏLƏN İL İŞƏ SALINACAQ
Təməlqoyma mərasimində respublika Prezidenti İlham Əliyevin iştirak etdiyi Goranboy gips zavodunda tikinti-quraşdırma işləri uğurla davam etdirilir. İş icraçısı Hümbət Kərimovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, təxminən 10 hektar sahəni əhatə edən bu yeni müəssisənin tikintisində 200-dən artıq inşaatçı çalışır. Avadanlığı quraşdırmaq üçün İrandan mütəxəssislər dəvət olunmuşdur. Zavodu gələn ilin martında istifadəyə vermək nəzərdə tutulur.