GORANBOYUN SƏRHƏD KƏNDİNƏ 18 KİLOMETRLİK YOL ÇƏKİLMİŞDİR
Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş yolun açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Qüdrət Həsənquliyev çıxış edərək istər döyüşlər zamanı, istərsə də atəşkəs dövründə düşmənlə üz-üzə dayanan kənd sakinlərinin qəhrəmanlığını və dəyanətini alqışlamış, torpaqlarımızın erməni işğalçılarından tezliklə azad olunacağına inamlarını bildirmişlər.
Kənd sakinlərindən Tariyel Aslanov, Mühəndis İsmayılov və Ulduz İsmayılova kəndin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə, Azərbaycan Prezidentinə və Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkür etmişlər. Kəndin balaca “əsgəri” Elnura hədiyyələr təqdim olunduqdan sonra rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları kənd sakinlərinə xeyir-dua vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [17:12]