Görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu haqqında kitab hazırlanır
Bakı, 10 iyun (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaqdır. Bunun üçün müəllif müvafiq instansiyalardan materiallar toplayır.
Nəriman Nərimanovun ev-muzeyindən AZƏRTAC-a bildirmişlər ki, Milli Məclisin deputatı Elmira Axundova muzeyə müraciət edərək Rudolf İvanova lazımi köməklik göstərilməsini xahiş etmişdir.
Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin “Oğluma bitməmiş məktub”unun əlyazmasının surəti və məzmunu (aydınlaşdırıcı, müxtəsər qeydlərlə birgə), Nəcəf Nərimanovun 1942-ci ildə cəbhədə, hərbi geyimdə çəkilmiş fotoşəkli Rudolf İvanova göndərilmişdir.
Muzeyin əməkdaşları, eyni zamanda, muzeydə xeyli materialların, o cümlədən Nəcəf Nərimanovun anası Gülsüm xanimla yazışmaları-məktublarının da olduğunu bildirmişlər.
Ehtiyac olacağı təqdirdə muzeydəki bütün sənədlərin elektron nüsxəsi müəllifə təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [18:24]
Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc
- 26.08.2026 [18:02]