Göyçayda keçmiş məhkumdan heroin və metamfetamin götürülüb
Bakı, 22 may, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sədi Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.