Göyçayın iki kəndində modul tipli sutəmizləyici qurğu inşa edilir
Göyçay, 27 fevral (AZƏRTAC). Göyçay rayonunun kəndlərində əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, artezian quyusunun qazılması üçün yeraltı içməli su mənbəyi olmayan 18 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə əvvəlcə rayonun ucqar yaşayış məntəqələrindən olan Bəydövül və Çaxırlı kəndlərində qurğuların tikintisinə başlanılmış, küçələrə daşıyıcı su xətləri çəkilmiş, bulaqlar inşa edilmişdir. Yaxın vaxtlarda istifadəyə veriləcək qurğular 5 minə yaxın əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin edəcəkdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun Mirzəhüseynli, Alpoud, Bığır, Türkmən, Şıxəmir, Kürdşaban, Veysəlli, Qaraman, Müskürlü, Mırtı, Ərəbcəbirli, Qəbələ-Müskürlü, Şıxbəy, Alıkənd, Məlikkənd və Cırqurd kəndlərində modul tipli sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulur. Bunun üçün artıq 10 kənddə torpaq sahəsi ayrılmışdır. Bütün işlərin 2013-cü ilədək başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]