Göygöl rayonunda evdən oğurluq edən dörd nəfərdən üçü tutulub, biri isə axtarılır
Bakı, 21 fevral, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla rayon sakinləri - 31 yaşlı Xəyal Orucovun, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılovun və əvvəllər məhkum olunmuş Təbriz İsmayılovun həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2 min manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurladıqları müəyyənləşib.
E.Məmmədov, X.Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər. Ə.İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim olunması istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]