Göygöl və İmişlidə “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Meşə yanğınlarının qarşısının alınması məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarələrinin, Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşlarının iştirakı ilə Göygöl və İmişli rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, təlimdə meşə və yaşıllıq ərazilərində yarana biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.