“Grand Chess Tour 2019” Qran-Prisinin seriya yarışlarına ev sahibliyi edəcək şəhərlər müəyyənləşib
Bakı, 26 yanvar, AZƏRTAC
Hər il ənənəvi olaraq təşkil edilən "Grand Chess Tour" super seriyasının təşkilatçıları 2019-cu il üçün tədbirlər planını açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, bu il keçiriləcək seriya 8 yarışdan ibarət olacaq. Turnirə 12 şahmatçı dəvət olunub. Dəvət olunanlar arasında Şəhriyar Məmmədyarov da var. Yarışlarda Şəhriyar Məmmədyarovdan başqa dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Hikaru Nakamura və Vesli So, fransalı Maksim Vaşe-Laqrav, çinli Dinq Liren, rusiyalı şahmatçılar Yan Nepomnyaşi və Vladimir Kramnik, ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri və hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand iştirak edəcəklər.
Ümumi mükafat fondu 1 milyon 750 min ABŞ dolları olan turnirin birinci seriyası mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abican şəhərində keçiriləcək. Sonrakı yarışlar iyunun 24-dən iyulun 9-dək Zaqreb, iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Turnirin final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]