GUAM-a üzv dövlətlərin təhsil diplomlarının beynəlxalq səviyyədə tanınması məsələləri müzakirə edilib
Kiyev, 31 oktyabr, AZƏRTAC
GUAM-a üzv olan ölkələr arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılacaq.
GUAM-ın Katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Gürcüstanın sədrliyi ilə Elm və Təhsil üzrə İşçi Qrupun videokonfrans vasitəsilə üçüncü iclasında müzakirə aparılıb.
İştirakçılar təhsil sistemlərinin fəaliyyətində, o cümlədən hərbi vəziyyət şəraitində əsas dəyişikliklər barədə məlumat mübadiləsi aparıb, GUAM-a üzv dövlətlərin təhsil sistemlərinin Avropa və qlobal standartlara uyğunlaşdırılmasını, GUAM-a üzv dövlətlərin təhsil diplomlarının, sertifikatlarının beynəlxalq səviyyədə tanınması məsələlərini müzakirə ediblər.
Qrup üzvləri GUAM-a üzv dövlətlər arasında ümumi orta, peşə, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar və GUAM-a üzv dövlətlərin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üçün koordinasiya və əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]