Güclü külək Ağdam rayonuna ziyan vurub
Ağdam, 28 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Avqustun 27-də gecə yağışla müşahidə olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
Rayon fövqəladə hallar komissisiyasının sədri Zülfü Qasımov AZƏRTAC-a bildirib ki, külək nəticəsində Çəmənli kəndində iki evin, İmamqulubəyli kəndində isə bir yardımçı binanın dam örtüyünə ziyan dəyib. Quzanlı qəsəbəsində və Çəmənli kəndində ağac elektrik xəttinin üstünə aşıb. Gecə rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib.
Görülən tədbirlər nəticəsində gecə rayonun 6 kəndindən başqa, bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda yalnız İmamqulubəyli kəndinə elektrik enerjisi verilmir. Burada da dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [16:06]
Naxçıvanda türk mətbəxinin təqdimatı olub
- 20.05.2026 [16:00]
Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 20.05.2026 [10:50]
Qəbələ rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
- 19.05.2026 [18:11]