Güclü qasırğa və leysan Qax rayonunun kəndlərinə xeyli ziyan vurmuşdur
Qax, 21 iyun (AZƏRTAC). İyunun 20-dən 21-nə keçən gecə qasırğa ilə müşayiət olunan güclü leysan yağışları nəticəsində Qax rayonunun Qorağan və Şotavar kəndlərində əhalinin şəxsi təsərrüfatlarına, əkin sahələrinə, rabitə və elektrik xətlərinə xeyli ziyan dəymişdir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, leysan nəticəsində ərazidən axan çaylarda daşqınlar baş vermiş, nəticədə hər iki kəndin ərazisini, həyətləri, əkin sahələrini su basmış, xeyli sayda ev quşları tələf olmuşdur. Qasırğa və leysan qarğıdalı sahələrini, biçilməmiş taxıl zəmilərini də yararsız vəziyyətə salmışdır.
Qasırğa nəticəsində evlərin dam örtükləri zədələnmiş, ağaclar aşmış, elektrik və rabitə dirəkləri sınmış, ötürücü xətlər qırılmışdır. Nəticədə hər iki kəndə elektrik enerjisinin verilməsində, rabitənin təmin olunmasında problemlər yaranmışdır. Güclü külək Şotavar kəndində məktəb binasının pəncərələrinin şüşələrini sındırmış, məktəbin dam örtüyü zədələnmişdir.
Hazırda fövqəladə hallar komissiyası əlaqədar strukturlarla birlikdə Qorağan və Şotavar kəndlərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]