Güclü yağış Tərtər rayonuna ziyan vurmuşdur VİDEO
Tərtər, 12 iyun (AZƏRTAC). İyunun 11-də axşam saatlarında Tərtər rayonuna yağan güclü yağış bir sıra kəndlərdə fəsadlar törətmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun Borsunlu, Dəmirçilər, Qaradağlı, Sarov kəndlərində yaranan sel evlərin birinci mərtəbəsinə, zirzəmilərə, mal-qara saxlanılan tövlələrə dolmuş, həmçinin kənd təsərrüfatına, xüsusən dənli bitkilərə ziyan vurmuşdur.
Rayon fövqəladə hallar komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri və texnikaları dərhal evlərdən suyun çəkilməsinə cəlb olunmuşlar.
Xilasetmə əməliyyatı iyunun 12-si gecə saat 3.20-dək davam etmiş, evlər yağış sularından təmizlənmişdir. Artıq kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]