Güləş üzrə dünya çempionu Eldəniz Əzizli: Növbəti hədəfim Olimpiya çempionluğudur
Bakı, 26 oktyabr, AZƏRTAC
Macarıstanda keçirilən dünya çempionatında 55 kiloqram çəki dərəcəsində yarışın qalibi olan Eldəniz Əzizli final görüşündən sonra çempionatdakı çıxışı haqqında danışıb.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: “Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün yarışın favoriti sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki bu, dünya çempionatının final görüşü idi”.
E.Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: “İki-üç il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Ona görə mən yenidən öz çəki dərəcəmdə çıxış etməyə başladım. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə əlavə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə olmasına baxmayaraq, dünya çempionu olmağı bacardım. Növbəti hədəfim isə Olimpiya çempionluğudur”.
Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin xatirəsinə ithaf etdiyini də bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]