Güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə qüvvələrini sınayırlar
Bakı, 22 mart, AZƏRTAC
Martın 22-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başlayıb. Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri turnirdə iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamızın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirdə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.
Turnirə martın 25-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]