GÜLƏŞÇİLƏRİMİZ “QIZIL QRAN-PRİ” YARIŞLARININ I SEÇMƏ MƏRHƏLƏSİNİ MƏĞLUBİYYƏTLƏ BAŞA VURMUŞLAR
Beynəlxalq “Qızıl Qran-pri” yarışlarının ilk seçmə mərhələsi olan bu mötəbər turnirdə ölkəmizi məşqçilər Aslan Ağayev və Vahid Məmmədovun rəhbərliyi ilə 6 sərbəst güləşçi təmsil etmişdir ki, onlardan yalnız biri mükafata yaxın yer tutmuşdur. Dünya çempionu və dünya kubokunun sahibi, olimpiya çempionu Namiq Abdullayev (55 kq), yeniyetmələr arasında dünya çempionatının ikiqat qızıl medalçısı Namiq Sevdimov (55 kq) yarışın ilk mərhələsində, Azərbaycan çempionu İbad Məmmədov (60 kq), gənclərin Avropa çempionatının ikiqat gümüş medalçısı, dünya kubokunun sahibi Elman Əsgərov (66 kq), bir sıra beynəlxalq turnirlərin qalibi Əli İsgəndərov (66 kq) səkkizdəbir final mərhələsində uduzmuşlar. Gənclər arasında Avropa çempionatının gümüş medalçısı, Afina Olimpiadasının iştirakçısı Elnur Aslanov (74 kq) isə yarımfinal uğrunda görüşdə rusiyalı pəhləvan Kirilova uduzaraq, 5-ci yerə çıxmışdır.
Seçmə mərhələlərindən sonra final görüşləri iyunun 23-25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]