Güləşçimiz Osman Nurməhəmmədov Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 20 aprel, AZƏRTAC
Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaq.
AZƏRTAC xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub. Bürünc medal uğrunda görüşdə güləşçimizin rəqibi Andril Vlasov (Ukrayna) - Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi olacaq. Bu çəki dərəcəsində medal görüşləri aprelin 21-də keçiriləcək.
Qeyd edək ki, bu gün millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]