Gündara Nurimova: İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalıdır
Bakı, 22 yanvar, AZƏRTAC
İqlim dəyişmələri qlobal bir məsələdir və bu problem türkdilli dövlətlər üçün də böyük əhəmiyyət daşıyır. Regionumuzda havanın keyfiyyətinin pozulması cəmiyyətin sağlamlığına, xüsusilə ürək-damar xəstəliklərinin artmasına birbaşa təsir edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin Sosial və mədəni inkişaf komitəsinin üzvü Gündara Nurimova TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, hər il milyonlarla insan iqlim dəyişmələri səbəbindən həyatını itirir. Bu, səhiyyə sisteminə əlavə yük gətirir. İqlim dəyişmələrinə əsaslanan qanunvericiliyin qabaqlayıcı təsirləri çox vacibdir. Bu baxımdan qanunverici orqanların rolu mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalı və bu sahədə ciddi addımlar atılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]