“GÜNƏŞLİ” YATAĞINDA YENİ NEFT QUYUSU İSTİSMARA VERİLMİŞDİR
“Günəşli” yatağındakı 19 nömrəli yeni platformadan qazılan neft quyusu istismara verilmişdir.
Azərbaycan Dövlət Neft Şirkətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2940 metr dərinlikdə yerləşən məhsuldar laylardan gün ərzində 250 ton neft və 50 min kubmetr qaz verən bu quyunu “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazması İdarəsinin buruq ustaları Yaşar Balayev və Səməd Fətəliyevin briqadaları cədvəldə nəzərdə tutulandan 3 ay tez qazıb neftçıxaranlara təhvil vermişlər. Qazma prosesi problemsiz ötüşmüş və uğurla başa çatdırılmışdır.
Qazmaçılar 3,7 milyard manat dövlət vəsaitinə qənaət etmişlər. Bu quyu yeni platformada sayca üçüncüdür. İlin sonunadək burada 19750 metr qazma işi görüləcək və 6 yeni neft quyusu istismara veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]