Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcü ekspertlər: Avropa İttifaqı Gürcüstanı cəzalandırmaq üçün onu Ermənistanla əvəzləmək istəyir

Gürcü ekspertlər: Avropa İttifaqı Gürcüstanı cəzalandırmaq üçün onu Ermənistanla əvəzləmək istəyir

Tbilisi, 16 iyul, AZƏRTAC

Son vaxtlar Avropa İttifaqının (Aİ) və ABŞ-ın Gürcüstana qarşı mövqeyinin dəyişməsi qonşu ölkədə birmənalı qarşılanmayıb.

AZƏRTAC xəbər verir ki, siyasi analitiklər Aİ-nin və ABŞ-ın bu siyasətini Gürcüstanı cəzalandırmaq cəhdi kimi qiymətləndirirlər.

Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili deyir ki, artıq Avropa İttifaqı Gürcüstana qarşı siyasi oyunlara qarışıb. Bu oyunun bir hissəsi ondan ibarətdir ki, Avropa İttifaqı artıq regionda diqqətini Ermənistana yönəldib və görünür, İrəvanı Gürcüstanın əvəzedicisi hesab edir. Ümumiyyətlə, oxşar tendensiyanı ABŞ tərəfdən də müşahidə etmək olar.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ-ın Gürcüstanı nə dərəcədə əvəzləyəcəkləri başqa məsələdir. İndiyədək Qafqazda Qərbin yeganə istinad nöqtəsi Gürcüstan idi. İndi isə Ermənistanı irəli çəkməklə Gürcüstanı cəzalandırmağa çalışırlar.

Siyasətçi deyir ki, Qərb Gürcüstan üçün daha bir sürpriz hazırlayıb. Avropa İttifaqının Gürcüstana verməli olduğu vəsait regionun digər ölkələrinə paylanacaq. Avropa İttifaqının sanksiyaları artıq qüvvədədir, çünki onların bütün layihələrinin maliyyələşdirilməsi dayandırılıb.

K.Qoqolaşvili hesab edir ki, Aİ hələlik vizasız gediş-gəliş məsələsində bir qədər gözləyəcək. Yəni, oktyabr ayında keçiriləcək parlament seçkilərinə qədər bu məsələyə toxunulmayacaq.

“Xalqın Gücü” partiyasının üzvü, analitik Davit Kartvelişvili də hesab edir ki, Qərb Gürcüstanı əvəz etməyə çalışır.

“”Əlbəttə, mən Avropa İttifaqının Qafqaz regionunda Gürcüstanı əvəz etmək istəyini görürəm, lakin bu, Aİ-nin özünün oyunu deyil. Avropa İttifaqı bu gün qlobal müharibə tərəfinin girovudur. Onun hazırkı mərhələdə ən aqressiv nümayəndəsi Aİ-nin həm daxili, həm də xarici siyasətini idarə edən hazırkı ABŞ administrasiyasıdır. Ona görə də Ermənistanda Avropa İttifaqının xətti ilə gördüyümüz hər şey, əslində, ABŞ-ın indiki administrasiyasının xəttidir”, – deyə D.Kartvelişvili vurğulayıb.

Analitik bu günlərdə USAID-in rəhbəri Samanta Pauerin Ermənistanda üçgünlük səfərdə olmasını da təsadüf hesab etmir.

O deyib: “Bu təşkilat Azərbaycanda “non-qrata” elan edilir, çünki Azərbaycanda “maydan ssenarisinin hazırlanmasına və hökuməti devirmək cəhdi”nə görə ifşa edilib. USAID-in Gürcüstandakı təşkilatının mənfur niyyəti də ifşa olunub. Bu təşkilatın maliyyəsi ilə Gürcüstana inqilab, çevriliş təşkil etmək üçün fəallar yetişdirən məşhur “Maydan siyasi texnoloqları” gətirildi.

“USAID və digər beynəlxalq təşkilatlar üçün hələ də əlçatan olan və antidövlət hərəkatlarını maliyyələşdirən yeganə ölkə Ermənistandır ki, burada da xanım Samanta Pauer iştirak edir və ağırlıq mərkəzini Tbilisidən İrəvana köçürməyə çalışır”, - deyə Davit Kartvelişvili diqqətə çatdırıb.

Siyasi ekspert Zaal Anjaparidze hesab edir ki, Gürcüstan üçün nəzərdə tutulan məbləğin regionun digər ölkələrinə paylana biləcəyi barədə məlumat daha çox əsaslandırma tələb edir.

Avropa İttifaqının Gürcüstana vizasız gediş-gəlişi dayandıra biləcəyi ilə bağlı yayılan məlumatlara gəlincə, analitik hesab edir ki, belə bir iddianın yeganə məqsədi seçkilərdən əvvəl “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının mövqelərini zəiflətməkdir. Avropa İttifaqı vizasız gediş-gəlişin dayandırılmasının buna töhfə verəcəyini düşünsə, bu qərarı qəbul edəcək.

Zaal Anjaparidzenin sözlərinə görə, bu gün artıq aydındır ki, Avropa İttifaqı və ABŞ “Gürcü arzusu”nun bu seçkilərdə qalib gəlməsinin, daha bir müddət hakimiyyətdə qalmasının qarşısını almaq üçün hər şeyi edir.

Analitik bildirir ki, bu gün, əslində, regionun lideri Gürcüstan deyil, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bundan başqa, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə enerji marşrutlarının bir hissəsi Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya gedir. Bu məsələdə Azərbaycanın da rolu artıb. Bununla belə, Gürcüstanın da rolu azalmır, çünki Gürcüstan Asiya və Azərbaycandan enerji marşrutlarının keçdiyi tranzit qovşaqdır. Avropa İttifaqının həyata keçirməyə başladığı layihələr, məsələn, elektrik kabelləri Gürcüstandan keçməlidir. Beləliklə, Gürcüstan prosesdə mühüm yer tutur.

“Avropa İttifaqı və ABŞ-ın Gürcüstan hakimiyyətini bəyənməməsi ayrı məsələdir. Lakin Gürcüstanın geostrateji mövqeyini heç nə əvəz edə bilməz, biz olduğumuz yerdəyik və əhəmiyyətimiz tanınır”, - deyə, Zaal Anjaparidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar