GÜRCÜSTAN PARLAMENTİNİN DAHA BİR ÜZVÜNÜN SƏLAHİYYƏTİ DAYANDIRILDI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamenti iyunun 21-də daha bir üzvünün səlahiyyətini dayandırmışdır. Parlamentin prosedur məsələlər və qaydalar komitəsi Badri Nanetaşvilinin deputat səlahiyyəti ilə bir araya sığmayan fəaliyyəti ilə əlaqədar materialları yoxlamış və onun səlahiyyətinin dayandırılmasına dair qərar qəbul edib parlamentin təsdiqinə vermişdir. Parlament qərarı təsdiq etmiş və B.Nanetaşvilinin səlahiyyətətini dayandırmışdır.
Xatırladaq ki, Badri Nanetaşvili parlamentə hakim Milli Hərəkat Partiyasından seçilmişdir. Sonra həmkarları ilə onun arasında qarşıdurma yaranmış və nəticədə səlahiyyəti dayandırılmışdır.
Bu, cari ildə deputat səlahiyyəti ilə bir araya sığmayan fəaliyyətə görə Gürcüstan parlamentinin səlahiyyəti dayandırılan ikinci üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]