Gürcüstan prezidenti seçkilərində səs vermək üçün 39 ölkədə 56 seçki məntəqəsi açılacaq
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Gürcüstan Xarici İşlər Nazirliyinin konsulluq departamenti direktorunun müavini Konstantin Sabiaşvilinin sözlərinə görə, hazırda bütün dünyada 53.139 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatına götürülüb.
AZƏRTAC xəbər verir ki, indiki mərhələdə 39 ölkədə 56 seçki məntəqəsi açılıb. Gürcüstan vətəndaşlarının ən çox cəmləşdiyi Azərbaycan və Yunanıstanın hər birində üç seçki məntəqəsi açılıb.
K.Sabiaşvili deyib: “7700 Gürcüstan vətəndaşı Azərbaycanda konsulluq qeydiyyatındadır. Yunanıstanda 7791 Gürcüstan vətəndaşı qeydə alınıb. ABŞ-da, konkret olaraq, Nyu-Yorkda iki seçki məntəqəsi açılıb. Burada 3504 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatına götürülüb. Hazırda xarici ölkələrdə seçkidə iştirak etmək üçün 53.139 nəfər siyahıya alınıb”.
Oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki məntəqələri Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarı əsasında yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]