GÜRCÜSTAN PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİNDƏ HƏRBİ PARADI MİLLİ QVARDİYANIN KOMANDANI QƏBUL EDƏCƏKDİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin yanvarın 25-də keçiriləcək andiçmə mərasimində hərbi paradı müdafiə naziri David Tevzadze deyil, milli qvardiyanın komandanı general Koba Kobaladze qəbul edəcəkdir. Müşahidəçilərin fikrincə, bu, David Tevzadzenin nazir vəzifəsində iştirak edəcəyi sonuncu hərbi paraddır. Onu yaxın günlərdə həmin vəzifədə müavini Qela Bejuaşvili əvəz edəcəkdir. Qela Bejuaşvili hazırda ABŞ-dadır.