Gürcüstan və ABŞ seysmoloqları RSXM-in seysmik stansiyalarının işini yüksək qiymətləndirmişlər
Bakı, 3 aprel (AZƏRTAC). Ölkəmizdə səfərdə olan ABŞ və Gürcüstan seysmoloqlarından ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyalarının iş prinsipi ilə tanış olmuşlar.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzi direktorunun müavini Elen Vergino görülən işləri yüksək qiymətləndirmişdir. Son texnologiyalar əsasında mərkəzin seysmik stansiyalar şəbəkəsinin inkişaf etdiyini bildirən amerikalı seysmoloq demişdir ki, burada müasir cihazlar və qurğular quraşdırılmışdır. Stansiyada çalışan gənc mütəxəssislər çox bacarıqlıdırlar. Inanıram ki, onlar gələcəkdə öz ölkələrinə çox böyük xidmətlər göstərəcəklər.
RSXM-in gələcəyini çox parlaq gördüyünü qeyd edən E. Vergino mərkəzin beynəlxalq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Mərkəzin işindən razılığını bildirən Gürcüstan Yer Elmləri İnstitutu direktorunun müavini Tea Godoladze Azərbaycan seysmoloqlarının son illər çox böyük uğurlara imza atdığını demişdir. O qeyd etmişdir ki, bu gün Azərbaycan seysmologiyası beynəlxalq aləmdə tanınır. Artıq Azərbaycan və Gürcüstan seysmoloqları uzun illərdir ki, birgə əməkdaşlıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]