Gürcüstan və Ermənistan rəsmiləri regional sülh məsələlərini müzakirə ediblər
Tbilisi, 17 noyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcüstan-Ermənistan Hüquq Forumu” çərçivəsində Tbilisidə səfərdə olan Ermənistanın ədliyyə naziri Srbui Qaliani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə, Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə Gürcüstan ilə Ermənistan arasında müxtəlif ikitərəfli və beynəlxalq formatlarda əməkdaşlıq müzakirə edilib, ədliyyə sahəsində səmərəli tərəfdaşlığa və bu istiqamətdə ölkələr arasında təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkilib.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının, eləcə də regionun uzunmüddətli və sabit inkişafının vacibliyi vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]