Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə edilib
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Ali Yerlikaya sentyabrın 25-də Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşüb.
Görüşdə Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə edilib. Müxtəlif istiqamətlərdə mövcud sıx tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Geka Geladze qeyd edib ki, Gürcüstan tərəfi mövcud əməkdaşlıq mexanizmlərinin daha da çevik və effektiv olması üçün türk həmkarları ilə fəal şəkildə işi davam etdirməyə hazırdır.
Tərəflər, həmçinin qurumlar arasında təcrübə və qabaqcıl təcrübələrin mübadiləsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda Geka Geladze türkiyəli həmkarına polisin səmərəli əməkdaşlığına görə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]