Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümü keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən Mərkəzin rəhbəri Fazil Həsənov iştirakçılara faciə haqqında məlumat vermiş, bu ölkədə yaşayan soydaşlarımızın və Gürcüstan dövlətinin hər zaman Azərbaycan xalqını dəstəklədiyini bildirmişdir.
Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri İsrafil Əhmədov, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Əli Məmmədov, “Qeyrət” xalq hərəkatının rəhbəri Əlibala Əsgərov və digər çıxış edənlər Azərbaycanda törədilən faciələrdən danışmış, bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmiş və sənədli film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]