Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var
Tbilisi, 21 iyul, AZƏRTAC
Gürcüstanda 851 400 pensiyaçı yaşa görə pensiya alır, onlardan 247 400-ü kişi, 604 mini qadındır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Cari il iyulun 1-nə olan məlumata görə, pensiyaçıların əsas hissəsini yaşı 75-dən aşağı olan vətəndaşlar təşkil edir.
Gürcüstanda 90 yaşdan yuxarı 12 100 pensiyaçı var ki, onlardan 2900-ü kişi, 9200-ü qadındır. Pensiyaçıların demək olar ki, dörddəbiri Tbilisidə yaşayır. İkinci yerdə İmereti bölgəsi, üçüncü yerdə isə Sameqrelo-Zemo Svanetidir.
Pensiyaçıların ən az sayı Quriya, Mtsxeta-Mtianeti və Raça-Leçxumi - Zemo Svaneti bölgələrindədir.
Gürcüstanda qocalığa görə pensiya qadınlara 60, kişilərə isə 65 yaşdan sonra verilir. 2024-cü il yanvarın 1-dən dövlət pensiyasının məbləği yaşdan asılı olaraq 315 və 415 lari təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]