Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub
Tbilisi, 18 may, AZƏRTAC
Hər il may ayının 18-i QİÇS-dən dünyasını dəyişənlərin Beynəlxalq Anım Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda 29-cu dəfə qeyd olunan bu gündə epidemiyaya qarşı ictimai maarifləndirməni və səfərbərliyi təşviq etmək, bütün İİV-ə yoluxmuş insanları müəyyən etmək və müalicə etmək istiqamətində müəyyən işlər görülür. Bildirilir ki, Gürcüstanda İİV/QİÇS epidemiyası ilə bağlı vəziyyət sabitdir.
Hazırda qlobal vəziyyətə görə Gürcüstan sabit epidemioloji mənzərəsi olan ölkələr sırasındadır. Cari il mayın 18-nə olan məlumata görə, Tengiz Tsertsvadze adına Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzində 11218 İİV-ə yoluxmuş şəxs qeydiyyatdadır, onlardan 8409-u kişi, 2809-u qadındır. Bu günə qədər xəstəlikdən 2402 nəfər ölüb. Bu il 212 nəfərdə İİV-ə yoluxma halı müəyyən edilib. 6900-dən çox xəstə antiretrovirus terapiya alır.
Qeydə alınmış halların coğrafi bölgüsü baxımından İİV/QİÇS-ə yoluxma halları ən çox Tbilisidə qeydə alınıb, ondan sonra Sameqrelo, Acarıstan və İmereti gəlir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]