GÜRCÜSTANDA KEÇİRİLMİŞ EKOLOJİ SEMİNARDA KÜR ÇAYININ TRANSSƏRHƏD ÇİRKLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarda Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Tədbirdə planın Cənubi Qafqaz ölkələri tərəfindən hazırlanması məsələləri müzakirə edilmiş və region dövlətlərindən hər birinin Kür çayının çirklənməsinə görə daşıdığı məsuliyyətin səviyyəsi müəyyən olunmuşdur. Seminar iştirakçıları Azərbaycan ilə Ermənistan arasında birbaşa münasibətlərin yaradılmasının mümkünsüzlüyünü nəzərə alaraq, ölkələr arasında interaktiv əlaqələrin qurulması məsələsini nəzərdən keçirmişlər.
Xatırladaq ki, Azərbaycan “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və onlardan istifadə haqqında” Helsinki Konvensiyasına qoşulmuş yeganə Cənubi Qafqaz ölkəsidir. Respublikamız bu konvensiyanı 2000-ci ildə imzalamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]