Gürcüstanda koronavirusun Hindistan ştamına yoluxanların sayı artıb
Tbilisi, 29 iyun, AZƏRTAC
Gürcüstanda koronavirusun Hindistan ştamına (delta) yoluxma halları artıb. Son sutka ərzində ölkədə daha yeddi yeni yoluxma halı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.
Baş epidemioloqun sözlərinə görə, ölkə üzrə “delta” stamının dövriyyəsi 10-20 faiz arasında dəyişir.
O, əhalini daha ehtiyatlı olmağa və tələblərə əməl etməyə çağırıb.
Bildirilib ki, Gürcüstanda koronavirusun Hindistan ştamına ilk yoluxma faktları mayın 27-də qeydə alınıb.
Hazırkı dövrədək virusun təhlükəli növü 27 nəfərdə aşkarlanıb.
Qeyd edək ki, Gürcüstanda son sutkada daha 1 194 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Son 24 saat ərzində 678 nəfər müalicə olunub, 22 pasiyent pandemiyanın qurbanı olub.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 365 068 nəfərdə aşkarlanıb.
Onların 351 144-ü müalicə olunub, 5297-si dünyasını dəyişib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]