Gürcüstanda müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxs Bakıda saxlanılıb VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisindəki ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin şəxsin Gürcüstanda müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyənləşdirilib.
Həmin faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar aparılır.