GÜRCÜSTANDA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, səfir Ramiz Həsənov mərasimdə çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycan xalqı qarşısında böyük xidməti, məhz onun siyasi iradəsi, uzaqgörənliyi sayəsində Azərbaycan-Gürcüstan münasibətlərinin yeni əsasda daha da inkişafı, nəhəng neft, qaz, nəqliyyat layihələrinin gerçəkləşməsinə diqqəti çəkmiş, Gürcüstan və Azərbaycan dövlətlərinin dahi Heydər Əliyev tərəfindən əsası qoyulan mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin daim örnək olacağına əminliyini bildirmişdir.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxışında Heydər Əliyevin dünya şöhrətli siyasi xadim olduğunu vurğulamış, Gürcüstana, gürcüstanlı azərbaycanlılara qayğısından danışmış, belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə Gürcüstan iqtidarına təşəkkür etmişdir.
Mərasimdə Gürcüstan iqtidarının, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun, Gürcüstan azərbaycanlılarının nümayəndələri və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze iştirak etmişlər.
Axırda Azərbaycanın Dövlət kamera orkestri geniş konsert vermişdir.