Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu yenidən bağlanıb
Tbilisi, 18 fevral, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars avtomagistralı fevralın 18-də yenidən bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfratruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, fevralın 18-də havaların gözlənilmədən istiləşməsi dağlarda qarın sürətlə əriməsinə səbəb olub. Nəticədə mavtomagistralın Qudauri-Kobi hissəsində qar uçqunu və torpaq sürüşməsi təhlükəsi artıb.
Departament vətəndaşların təhlükəsizliyi baxımından magistralın həmin hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkətini qadağan edib.
Qeyd edək ki, bu yol Gürcüstandan Rusiyaya gedən yeganə quru yoldur.
Hazırda magistralda 300-dək avtomobil dayanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:29]
CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib
- 21.05.2026 [20:12]
Misirdə böyük neft-qaz yatağı tapılıb
- 21.05.2026 [19:23]
Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir
- 21.05.2026 [18:50]
BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub
- 21.05.2026 [18:20]
Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
- 21.05.2026 [16:13]
ABŞ Çinə yüksəksəviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərir
- 21.05.2026 [16:00]
ABŞ bankları müştərilərinin vətəndaşlığını daha ətraflı yoxlayacaq
- 21.05.2026 [15:34]