Gürcüstanın Baş naziri “Maersk” şirkətinin rəhbəri ilə “Orta Dəhliz”in perspektivlərini müzakirə edib
Tbilisi, 18 yanvar, AZƏRTAC
İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumunda iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Maersk” şirkətinin rəhbəri Robert Maersk Uqla ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət dəftərxanasından məlumat verilib.
Bildirilib ki, görüşdə “Orta Dəhliz”in inkişaf perspektivləri, eləcə də “APM Terminals”ın Gürcüstandakı fəaliyyəti diqqət mərkəzində olub.
Tərəflər şirkətin Gürcüstandakı işinin dinamikasını, gələcəkdə atılacaq konkret addımları müzakirə ediblər.
Avropa və Asiyanı birləşdirən alternativ marşrut kimi “Orta Dəhliz”in əhəmiyyətinə diqqət çəkilib. Baş nazir qeyd edib ki, Gürcüstan “Orta Dəhliz”in tammiqyaslı fəaliyyətində maraqlıdır və qeyd olunan nəqliyyat marşrutunun beynəlxalq formatda təşviqini dəstəkləyir.
Qeyd edək ki, Danimarkanın “Maersk” şirkəti daşıma, liman əməliyyatı, təchizat zəncirinin idarə edilməsi və anbar fəaliyyəti sahələri üzrə ixtisaslaşıb.
“Maersk”in Gürcüstanda “APM Terminals” törəmə şirkəti fəaliyyət göstərir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]